Bərdədə 4 nəfər tərəfindən zorlanıb, videosu çəkilən qızın anası danışdı - VİDEO
Bərdə rayonunda 4 tərəfindən zorlanan 14 yaşlı qızın anası videomüraciət yayıb.
azxeber.com xəbər verir ki, ana günahkarların cəzalanmasını istəyib.
Qeyd edək ki, 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb. İşə Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi qarışıb. Rayon rəhbərliyi, eləcə də rayonun Ağsaqqallar Şurasının sədri həmin kəndə gedib.
Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.
Ananın videomüraciətini təqdim edirik:

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
IBAN nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Ən çox gəlir gətirən onlayn bizneslər
Green Card nədir və onu necə əldə etmək olar?