Beynəlxalq agentlik Azərbaycanın bank sektorunun riskinin qiymətləndirməsini "sabit"dən "müsbət"ə dəyişib
Beynəlxalq reytinq agentliyi S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Agentlik sahə riskinin qiymətləndirməsini "sabit"dən "müsbət"ə dəyişib.
S&P analitiklərinin fikrincə, bu müsbət tendensiya, ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə, Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ildə bank sektorunun kredit portfeli 18,7% artıb, aktivlərdə kreditlərin payı isə 44,4%-dən 48,9%-ə yüksəlib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6% artaraq 46,3 milyard manata çatıb.
2024-cü ilin yekunlarına görə, sektorun xalis mənfəəti 1,4 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3% azdır. Ötən il bankların əməliyyat gəlirləri 17% artaraq 5,6 milyard manata, əməliyyat xərcləri isə 25,6% artaraq 3,9 milyard manata çatıb. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Swift nədir?
Dünyanın ən zəngin idmançıları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes plan necə yazılır?
Ən çox soruşulan müsahibə sualları hansılardır?