Beynəlxalq təşkilatlar ticarət məhdudiyyətlərini yumşaltmağa çağırıb
Koronavirus (COVID-19) pandemiyası, tədarük zənciri ilə bağlı problemlər və Rusiyanın Ukraynada hərbi əməliyyatlarının nəticələri ərzaq, yanacaq və gübrə bazarlarının fəaliyyətini əhəmiyyətli dərəcədə pozub.
Bu barədə Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Valyuta Fondu (IMF), Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərlərinin birgə bəyanatında bildirilir.
WFP-nin məlumatına əsasən, 82 ölkədə 345 milyon insan qida çatışmazlığı ilə üzləşə bilər: "Bu vəziyyət 25-ə yaxın dövlətin ərzaq məhsullarının ixracını məhdudlaşdırması ilə daha da pisləşib. Nəticədə son bir ildə gübrələrin qiyməti iki dəfə artıb".
Sadalanan təşkilatların rəhbərləri böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün bu tədbirlərin həyata keçirilməsini təklif edib: ticarətə və beynəlxalq ərzaq təchizatına dəstək; əhalinin həssas qruplarına təcili yardım; istehsalın genişləndirilməsi; kənd təsərrüfatına maliyyə vəsaitinin ayrılması.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə