Bəzi "OPEC+" ölkələri neft hasilatını AZALDIR
"OPEC+" sazişində iştirak edən bir sıra ölkələr 2023-cü ilin sonuna qədər neft hasilatını könüllü olaraq azaltmağa başlayıb.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, hasilatın ümumi azalması sutkada 1,66 milyon barel təşkil edəcək.
Qeyd olunub ki, bu, 2022-ci ilin noyabr ayından qüvvəyə minən gündəlik 2 milyon barel hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.
Məlumata görə, ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi "OPEC+" ölkələri may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü olaraq azaldılmasını elan edib.
"OPEC"in saytında dərc olunan bəyanatda bildirilib ki, hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlər neft bazarında sabitliyin qorunmasına yönəlib.
Ümumilikdə doqquz "OPEC+" ölkəsi hasilatı azaldıb.
Belə ki, Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sutkada 500 min barel, İraq – 211 min barel, BƏƏ – sutkada 144 min barel, Küveyt – 128 min barel, Qazaxıstan – sutkada 78 min barel, Əlcəzair – 48 min barel, Oman – 40 min barel, Qabon – 8 min barel azaldacaq.
İqbal Rzayev,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Shopify-da necə satışa başlamaq olar?
Biznes nədir və hansı növləri var?
Green Card nədir və onu necə əldə etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?