"Binance"nin kriptovalyuta bazarındakı payı 50%-ə düşüb
"Binance" kriptovalyuta birjasında ticarət həcminin payı 2022-ci ilin dekabrında 74%-dən 50%-ə düşüb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Analitiklərin fikrincə, son vaxtlar "Binance"dən 16 top-menecer ayrılıb, o cümlədən "Binance UK"in rəhbəri Conatan Farnell, "Binance US" in rəhbəri Brayan Şroder, "Binance"nin Şərqi Avropa üzrə direktoru Qleb Kostarev və MDB üzrə direktor Vladimir Smerkis.
İyun ayında SEC "Binance" və onun rəhbəri Changpeng Zhaoya qarşı qiymətli kağızlarla ticarət qaydalarını pozduğuna görə məhkəməyə müraciət edib. Məhkəmə sənədindən belə çıxır ki, komissiya BNB tokenini, həmçinin birja brendini daşıyan BUSD stabilkoini qiymətli kağızlar kimi tanıyıb. SEC həmçinin "Binance"nin ABŞ-dakı törəməsinin aktivlərinin bloklanmasını tələb edib. Bu hadisələr bir sıra ticarət şirkətlərinin narahatlığına səbəb olub, onları birjada ticarət əməliyyatlarını azaltmağa məcbur edib.
Sentyabrın sonunda "Binance" Rusiyadakı biznesini satmaq üçün müqavilə bağlayıb. Rəsmi məlumata görə, mövcud istifadəçilərin yeni "CommEX" platformasına keçmə prosesi bir ilə qədər vaxt aparacaq.
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut