Bir sıra qida məhsullarının istehsalçıları mənfəət vergisini 50% güzəştlə ödəyəcəklər
Azərbaycanda idxalı əvəzləyəcək qida məhsullarının istehsalçıları olan hüquqi şəxslərin 7 il mənfəət vergisini 50 % güzəştlə ödəməsi nəzərdə tutulur.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş idxal malları ilə əvəz edəcək qida məhsullarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 %-i müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə vergidən azad edilir.
7 il əmlak və torpaq vergisindən azad olunurlar
Azərbaycanda gələn ildən idxalı əvəzləyəcək qida məhsullarının istehsalçılarının - fiziki və hüquqi şəxslərin 7 il əmlak və torpaq vergisindən azad edilməsi nəzərdə tutulub. Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərə əsasən, sahibkarlar həmin fəaliyyət prosesində istifadə olunan əmlaka və torpağa görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il vergi ödəməkdən azad edilir. / marja.az
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə