"Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib – FOTOLAR
İyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə "Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalına bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyindən məlumat verilib.
Məlumata görə, sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, "Bizim Ailə" jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova və Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık çıxışlarında Türk və Azərbaycan xalqlarının ortaq mədəniyyətində yardımlaşma, qonşuluq, həmrəylik və xeyriyyəçilik ənənələrinin mühüm yer tutduğunu vurğulayaraq, bu cür təşəbbüslərin cəmiyyətdə mərhəmət, paylaşma və sosial məsuliyyət dəyərlərinin güclənməsinə töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, Sərgidən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinə sərf ediləcəkdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab