Birbank Biznes-in innovativ bonus proqramı: daha çox istifadə, daha çox qazanc

Birbank Biznes-in innovativ bonus proqramı: daha çox istifadə, daha çox qazanc®Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə loyallıq proqramını təqdim edir. Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə  çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazana, topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə bilərlər. 
Loyallıq proqramının əsas xüsusiyyətləri:
Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə və valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandırır. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir. 
Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə bankdaxili əməliyyatlarının komissiyalarını qismən və ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa və maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm də onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı verir. 
Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul və xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə də daha fəal və effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər. 
Ətraflı məlumat üçün link:   
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

Banklar     Tarix: 20 fevral 2025

Oxşar xəbərlər

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni


iqtisadi xeberler valyuta xeberleri valyuta mezennesi bitkoin qiymeti biznes krediti