Birjalara ciddi təsir edə bilən məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ
Federal Ehtiyyatlar Sisteminin növbəti faiz artımı və FED sədri Jerom Pavelin sərt monetar siyasətin davam etdiriləcəyi yöndəki açıqlamalarından sonra, bazar iştirakçıları bu gün Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də "NFP" göstəricilərinə kökləniblər. FED-in monetar siyasətin yol xəritəsinin formalaşdırılmasında əsaslandığı əsas fundamental göstəricilərdən biri olduğu üçün, xəbərin birjalarda dollar indeksindəki tendensiyasnın gedişinə ciddi təsir edə bilər.
Bu gün həmçinin Avrozonada xidmət sektorunda, İngiltərədə isə tikinti sektorunda biznes aktivliyi indeksi göstəriciləri də dərc olunacaq.
FED-in faiz qərarından sonra 1615$-a kimi ucuzlaşan qızıl buradan dəstək alaraq bir qədər bahalaşdı. Hazırda 1646$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri, ABŞ-da əmək bazarına dair göstəricilər proqnozlaşdırıldığı kimi artımla açıqlanarsa, yenidən 1620$-a kimi ucuzlaşa bilər.
Beynəlxalq enerji birjalarında neftə tələb yüksək olaraq qalır. "Brent" markalı neftin bir barel üzrə qiyməti 98$ həddinin üzərində möhkəmlənə bilsə, 100$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab