Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin cümə günü ABŞ-da dərc olunan əmək bazarı ilə bağlı hesabatın FED-in bu ay faiz dərəcələrini sabit saxlayacağına dair ehtimalları gücləndirməsindən sonra, Amerikada qeyd olunan əmək bayramı fonunda daha qısa olan cari həftə zəngin iqtisadi təqvim ilə müşayət olunacaq. Fond birjaları keçən həftəni güclü qazanclarla başa vurduqdan sonra sentyabr ayına girərkən, Çindən gələn makroiqtisadi məlumatlar dünyanın iki nömrəli iqtisadiyyatı ilə bağlı narahatlıqları artıra bilər. Avstraliya və Kanada Mərkəzi Banklarının ardıcıl üçüncü iclaslarında birjaları təəccübləndirməyəcəyi düşünülsə də, tədarüklə bağlı narahatlıqların neft qiymətlərini dəstəkləyəcəyi təxmin edilir.
Cümə günü açıqlanan əmək bazarı hesabatı, iqtisadiyyatın yumşaq eniş olaraq adlandırılan dövrə doğru getdiyini göstərən bir sıra iqtisadi məlumatların sonuncusu idi və FED-in faiz artımı dövrünün sonuna yaxınlaşdığı fikrini dəstəkləyir.
Cari həftə ərzində açıqlanacaq məlumatların bu görüşü ciddi şəkildə dəyişdirməsi gözlənilmir.
Çərşənbə günü Təchizat İdarəetmə İnstitutu (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi ilə bağlı avqust məlumatlarını açıqlayacaq və iqtisadçılar məlumatların bir qədər zəifləyəcəyini ehtimal ediirlər.
Həmin gün FED bankın 12 regionda iqtisadi fəaliyyətinə dair sorğusu olan "Bej Kitab" hesabatını açıqlayacaq.
İnvestorlar həmçinin çərşənbə günü Dallas FED-in sədri Lori Loqan və bir gün sonra Nyu-York FED-in sədrii Con Uilyams, sədr Mişel Bouman, sədr Maykl Barr və Çikaqo FED-in sədri Austan Qullsbi də daxil olmaqla bir neçə FED rəsmilərini dinləmək şansı əldə edəcəklər.
Ötən həftənin əvvəli 102.98 bənd həddinə qədər geriləsə də, cümə günü Amerikada proqnozların üzərində açıqlanan əmək bazarına dair statistik göstəricilərdən sonra 104.34 bənd həddinə kimi yüksələn dollar indeksi, həftəni bu həddə başa vurdu. 
"Dow Jones" və "Nasdaq" indeksləri keçən həftə müvafiq olaraq 1.4% və 3.2% bahalaşaraq, iyul ayından bəri ən güclü həftəlik göstəricilərini nümayiş etdirdilər. "S&P 500" 2.5% dəyər qazanaraq iyun ayından bəri ən yaxşı həftəsini keçirdi.
Cümə günü iş yerləri ilə bağlı hesabat FED-in bu ayın sonrakı iclasında faiz artımını dayandıracağına dair proqnozları gücləndirdi.
"FED Rate Monitoring Tools"-a görə, investorların FED-in 19-20 sentyabr tarixlərində keçiriləcək iclasında faiz dərəcələrini dəyişməyəcəyinə dair ehtimallarının 94% olduğunu göstərir.
Bazar ertəsi ABŞ fond bazarları Əmək Günü tətili ilə bağlı olaraq ticarətə qapalı oacaq.
Gələn həftə Çindən gələn iqtisadi məlumatlar, əsas ixrac bazarlarında zəif tələb və dərinləşən daxili daşınmaz əmlak böhranı iqtisadi artıma aşağı istiqamətli təzyiqi artırdığından, iqtisadi canlanmanın kövrək qaldığını göstərə bilər.
Avqust ayı üçün "Caixin" Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi çərşənbə axşamı günü açıqlanacaq və xidmət sektorunda genişlənmənin keçən ay bir qədər yavaşladığını göstərəcəyi proqnozlaşdırılır.
Cümə axşamı açıqlanacaq ticarət məlumatlarının, avqust ayında ixrac və idxalın iyul ayına nisbətən daha yavaş olsa da, əvvəlki ilə nisbətən yenidən daraldığını göstərməsi gözlənilir.
Bazar izləyiciləri şənbə günü açıqlanacaq avqust ayı İstehlak Qiymətləri İndenski məlumatlarına da baxacaqlar. Məlumatlar iyul ayında deflyasiya zonasına düşən istehlak qiymətlərinin artdığını göstərə bilər.
Çin rəsmiləri resessiyaya uğrayan iqtisadiyyatı canlandırmaq üçün bir sıra tədbirlər görüblər. Lakin bir çox analitiklər artan borc riskləri ilə bağlı narahatlıqlar fonunda daha möhkəm stimulun təklif edilməsi şansının az olduğunu görürlər.
EUR
Ötən həftənin əvvəli 1.0945 həddinə kimi bahallaşan EURUSD məzənnəsi həftənin son ticarət günü Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda ucuzlaşaraq həftəlik şamı 1.0793 civarında tamamladı. Əgər "ayılar" məzənnənin qiymətini 1.08$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada açıqlanacaq rüblük və illik müqayisədə ÜDM-in həcmi,  Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftənin əvvəli dollar qarşısında 1.2745 həddinə kimi bahalaşan funt-sterlinq cümə günü 1.2586 həddinə qədər gerilədi. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan və Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər təsir edə bilər. 
OİL
Neft qiymətləri cümə günü tədarük proqnozunun sərtləşməsi ilə bağlı narahatlıqlar fonunda iki həftəlik itkiləri kompensasiya edərək, yeddi aydan çox müddətdə ən yüksək səviyyəyə qalxdı.
Həftəlik əsasda "Brent" nefti təxminən 4.8% bahalaşaraq iyulun sonundan bəri ən çox həftəlik qazanc əldə edib. "WTI" nefti isə 7.2% dəyər qazanaraq mart ayından bəri ən böyük həftəlik qazancını qeyd edib.
Səudiyyə Ərəbistanının könüllü neft hasilatının sutkada 1 milyon barel azaldılmasını və "OPEC+" tərəfindən qiymətləri dəstəkləmək üçün nəzərdə tutulmuş tədarük məhdudiyyətlərini oktyabr ayına qədər uzadacağı ehtimal edilir.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, kommersiya məqsədli xam neft ehtiyatları son altı həftənin beşində azalıb, eyni zamanda ABŞ-da tələb proqnozu güclü olaraq qalır.
Cari ticarət həftəsi ərzində Avstraliya və Kanada Mərkəzi Banklarının faiz qərarları, İsveçrə, Avstraliya və Yaponiyada rüblük, eləcə də illik müqayisədə ÜDM-in həcmi, həmçinin Almaniyada və Türkiyədə İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 04 sentyabr 2023

Oxşar xəbərlər

Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb

Türkiyənin ümumi neft və neft məhsulları idxalı 2025-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,2 faiz artaraq 4 milyon 539 min 836 tona çatıb. Türkiyənin "Enerji Piyasası Düzenleme Kurumu"nu

2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir

Büdcə təşkilatlarının ödənişli xidmətləri. Büdcə  təşkilatlarının  ödənişli  xidmətlərindən  dövlət  büdcəsinə 1  milyard  21  milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisəd

Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ

Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin Yanvar ayında 2025-ci ilin Yanvar ayı ilə müqayisədə dəyər ifadəsilə 825 milyon 22 min dollar və ya 29,5% azalaraq 1 milyard 967 milyon 456 min dollar

11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb

2025-ci ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, geri qaytarılan vəsaitlə

Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına, əvvəlki ilin müvafiq dövrü ilə müqayisəd

Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB

Dövlət Statistika Komitəsi 2025-ci ildə Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb. Qeyd edilib ki, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsu

Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. xəbər verir ki, görüşdə qeyd olunan sahədə qanunvericiliyə edilmi

Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2025-ci il ərzində ölkədə 31 min 852 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2024-cü ilin göstəricisindən 4,6 faiz azdır. məlumata istinadən xəbə

FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm

ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Stiven Miran əmək bazarını canlandırmaq məqsədilə bu il 150 baza bəndi (1,50 faiz bəndi) həcmində faiz endirimi gözlədiyini açıqlayıb. Pul siyasətini məhdudlaşdırıcı kimi xarakteriz


iqtisadi xeberler dollar kursu bank faizleri kripto birbank