ABŞ-də hökumət böhranı sona çatır-Müvəqqəti büdcə təsdiqləndi
ABŞ Senatı oktyabrın 1-də bağlanmış federal hökumətin yenidən açılmasını nəzərdə tutan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.
Biznes.az xəbər verir ki, ABŞ-də hökumətin yanvarın sonuna qədər maliyyələşdirilməsini nəzərdə tutan büdcə qanun layihəsi Senatda keçirilən səsvermədə 40-a qarşı 60 səslə qəbul edilib.
Qanun layihəsinin əleyhinə 1 respublikaçı senator səs verib, demokrat və ya müstəqil senatorlardan isə 8-i "hə" deyib.
Kənd Təsərrüfatı Nazirliyi və Konqresin maliyyə ili boyunca, digər federal qurumların isə 30 yanvara qədər maliyyələşdirilməsini təmin edən qanun layihəsi, hökumətin bağlanması səbəbindən işdən çıxarılması planlaşdırılan 4 mindən çox federal əməkdaşın işini qorumasına dair müddəanı da özündə ehtiva edir.
Bir çox demokrat üçün əsas mübahisə mövzularından olan səhiyyə subsidiyalarının uzadılması isə sənəddə yer almayıb. Lakin dekabr ayında bu subsidiyalarla bağlı səsvermənin keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsinin növbəti ünvanı Nümayəndələr Palatası olacaq. Orada da qəbul edilərsə, imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampın masasına göndəriləcək.
Trampın sözügedən qanun layihəsini imzalamasından sonra federal hökumətin yenidən açılacağı gözlənilir.
ABŞ-də Konqres yeni maliyyə ili başlamazdan əvvəl federal hökumətin maliyyələşdirilməsini təmin edəcək müvəqqəti büdcə qanun layihəsini təsdiq edə bilmədiyi üçün hökumət oktyabrın 1-də bağlanmışdı.
Xərc səlahiyyətini itirən federal qurumlar fəaliyyətini dayandırarkən, tərəflər arasındakı yaranan fikir ayrılıqları ölkə tarixində ən uzunmüddətli hökumət bağlanmasına səbəb olmuşdu.

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ev şəraitində pul qazanmağın yolları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt