Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftə ABŞ-da proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra və Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini artırmasına baxmayaraq dollar dünya birjalarında güclənməyə davam edib.
Son ayda da artan inflyasiya ilə mübarizə çərçivəsində FED-in ilin son rübündə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər valyuta birjalarında qiymətləri təzyiq altında saxlamağa davam edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Analitiklərin də proqnozlaşdırdığı kimi, enerji qiymətlərindəki son artımlar Amerikada inflyasiyanın artmasına səbəb oldu.
FED-in sentyabrın 20-də keçiriləcək iclasında uçot faiz dərəcəsini sabit saxlayacağına əminliklərini ifadə edən analitiklər, ehtimalların üzərində açıqlanan inflyasiya göstəriciləri fonunda bankın noyabr toplantısında faiz dərəcəsini 25 baza bəndi artıracağına dair ehtimalları yüksək qiymətləndirir və bu halın dünya birjalarında qeyri-müəyyənliyi artırdığını düşünürlər.
Makroiqtisadi məlumatlara gəldikdə, ABŞ-da sənaye istehsalının həcmi avqust ayında aylıq müqayisədə 0.4% artaraq, proqnozları üstələdi..
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu-York bölməsi tərəfindən açıqlanan istehsal indeksi sentyabr ayında 1.9 bənd ilə ehtimal olunandan çox yüksəldi.
Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı güvən indeksi sentyabrda aylıq müqayisədə 1.8 bənd azalıb 67.7 bəndə enərək bazar prqonozlarından aşağı düşdü.
Digər tərəfdən ABŞ-da üç avtomobil zavodunun işçilərinin ilk dəfə birlikdə tətil elan etməsindən sonra diqqətlər avtomobil sənayesinə yönəlib.
Analitiklər, avtomobil sənayesi işçilərinin tətilinin uzun müddət davam edəcəyi təqdirdə, bu faktın ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyindən narahat olduqlarını ifadə edirlər.
Ardıcıl 9-cu həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 105.40 bənd səviyyəsində tamamlayıb.
Həftəyə eniş tendensiyası ilə başlayan XAUUSD (GOLD) valyuta birjalarındakı kəskin eniş səbəbi ilə yenidən "güvənli liman" missiyasına başlamış kimi görünür. Belə ki, qiymətli metal ötən həftənin son 2 günü ərzində 1900$ səviyyəsindən dəstək alaraq 1923$-a kimi bahalaşdı.
18 sentyabr tarixindən başlayan həftənin xəbər təqvimində Amerikada çərşənbə günü FED-in faiz qərarı və FOMC-un mətbuat konfransı, cümə axşamı isə Filadelfiya FED tərəfindan yayımlanacaq Emal sənayesində Biznes Aktivliyi İndeksi və məşğulluq məlumatları təqib ediləcək.
EUR
FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda ardıcıl 9-cu həftəni də enişlə tamamlayan EURUSD məzənnəsi 1.0660 hədlərinə kimi ucuzlaşıb. "Ayılar" məzənnənin qiymətini 1.07$ səviyyəsinin altında saxladığı müddətcə, eniş tendensiyası daha da dərinləşə bilər. 
Keçən həftə Avropa Mərkəzi Bankının sürpriz faiz artımına baxmayaraq EURUSD məzənnəsində satış yönümlü bir tendensiya ön plana çıxarkən, bu həftə bütün diqqətlər Avrozonada İstehlak Qiymətləri İndeksi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərinə yönəlib.
Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.
Cari həftənin cümə axşamı günü Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı zamanı faiz artımından sonra monetar siyasətin gələcəyinə dair verəcəyi mesajların və Avrozonada İstehlak Qiymətləri İndeksinin valyuta bazarlarında volatilliyi arta biləcəyini vurğulayırlar.
GBP
Eniş tendensiyasını 10-cu həftəyə daşıyan GBPUSD məzənnəsi cümə günü 1.2380 həddlərinə qədər gerilədi və həftəlik şamı bu səviyyədə bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan və Almaniyadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərə Mərkəzi Bankının faiz qərarı, Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi kimi önəmli xəbərlər təsir edə bilər. 
Bu həftə ərzində Almaniyada İstehsal Qiymətləri İndeksi, Avrozonada İstehlak Qiymətləri İndeksi, İsveçrə Mərkəzi Bankının və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarları, Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi və Yeni Zelandiyada ÜDM-in həcmi kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 18 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler leobank kart internetden pul qazanmaq avtomobil xeberleri en son xeberler