Birjalarda son vəziyyət
EUR
Ötən həftənin son ticarət günündə Amerikada oktyabrda gözləniləndən daha çox yavaşlayan inflyasiyanın ABŞ Federal Ehtiyatlar Sisteminin gələcək faiz artımlarının həcmini azalda biləcəyinə dair ümidləri artırması fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bən həddinin altında qaldıqca, eniş tendensiyası daha da dərinləşə bilər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Bu həftə Avrozonada açıqlanacaq ÜDM və İnflyasiya göstəriciləri də EUR/USD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftə ABŞ-da dərc olunan inflyasiya göstəricilərindəki pozitiv məqamlarla yanaşı, İngiltərədə iqtisadi inkişaf səviyyəsinin artması GBPUSD cütlüyünün kəskin ucuzlaşmasına səbəb oldu.
Bu həftə isə İngiltərədə açıqlanacaq İnflyasiya göstəriciləri və əmək bazarına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq. Dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.21$-a kimi bahalaşa bilər.
TRY
Artıq 6 həftədir ki, üfüqi tendensiya sərgiləyən USD/TRY məzənnəsi 18.60TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər.
GOLD
Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1755$ həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1784$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab