Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
1-3 may tarixlərində Bizon Diamond brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi — Baku Fashion Week baş tutub.
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbir yerli dizaynerlərlə yanaşı, beynəlxalq brendləri də eyni podiumda bir araya gətirərək paytaxtın moda nəbzini tutub. Moda həftəsinin açılış günü xüsusi təmtəraqla yadda qalıb. Tədbirin fəxri qonaqları sırasında Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva da iştirak edərək nümayişləri izləyiblər.
Tədbirin ən rəngarəng və dinamik nöqtələrindən biri Bizon Diamond markasının yaratdığı interaktiv zona olub. Üç gün boyunca qonaqların diqqət mərkəzində olan bu məkanda tanınmış simalar və influenserlərlə canlı müsahibələr keçirilib, brend, sənətçilər və auditoriya arasında birbaşa ünsiyyət körpüsü yaradılıb.
Proqramın ən yaddaqalan hissəsi isə dizayner Sultan Qədimbəylinin "Black to Black" adlı kolleksiyasının nümayişi olub. Bu nümayişi unikal edən amil podiuma peşəkar modellərlə yanaşı, Azərbaycanın tanınmış simalarının çıxması idi. Elnara De Birbuet, Syama Həsənova, Təranə Muradova, Tünzalə Ağayeva və Nərgiz Cəlilovanın iştirakı moda şousuna xüsusi eleqantlıq və ab-hava qatıb.
Bizon Diamond və Baku Fashion Week əməkdaşlığı bir daha sübut etdi ki, brend enerjisi moda dünyası ilə birləşdikdə qonaqlar üçün unudulmaz və fərqli bir təcrübə formalaşır. Bu əməkdaşlıq təkcə geyim nümayişi deyil, həm də stilin, enerjinin və müasir ünsiyyət formatlarının vəhdətinə çevrilib. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab