Bloomberg: "ABŞ və İran bir neçə həftə ərzində nüvə razılaşmasına nail ola bilər"

Bloomberg: ABŞ və İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpasına dair razılığa gəlməsi bir neçə həftə çəkə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
ABŞ və Avropanın yüksək rütbəli rəsmiləri agentliyə bildiriblər ki, tərəflər razılığa həmişəkindən daha yaxındırlar.
Mənbələrin verdiyi məlumata görə, Vaşinqton və Tehran bəzi əsas məsələlərdə razılığa gələ bilmir. ABŞ beynəlxalq ekspertlərin İranın nüvə sahəsində keçmiş fəaliyyətləri ilə tanış olmasını təmin etməyə çalışır. Tehran keçmiş prezident Donald Trampın 2018-ci ildə etdiyi kimi, gələcək ABŞ hakimiyyətinin bu sazişdən çıxacağı təqdirdə Vaşinqtondan iqtisadi təminat verməsini istəyir.
Qeyd edək ki, BHFP İran və BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya tərəfindən 2015-ci ildə imzalanıb. Tərəflər nüvə proqramını məhdudlaşdırmaq müqabilində İrana qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəliblər. Üç il sonra ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı sanksiya siyasətini bərpa edərək sazişdən çıxıb.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 27 avqust 2022

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler valyuta kurslari bu gunun xeberleri birbank bitkoin almaq