"BME–Schindler" şirkəti 20 yaşını - YENİLİKLƏRLƏ QEYD ETDİ

Bu il "BME–Schindler" şirkətinin Azərbaycandakı fəaliyyətinin 20-ci ildönümündür.
FED.az xəbər verir ki, Azərbaycanda lift və eskalator bazarının lideri olaraq fəaliyyət göstərən şirkət yubileyini yeniliklərlə qeyd edəcək. 
Belə ki, "Algi Plaza"da açılacaq konseptual ofis "BME–Schindler"in gələcəkdə daha yaxşı fəaliyyət göstərməsinə hesablanıb. Bu ofisin fərqli üslubda olması da diqqət çəkir. 
Yeni ofisdə müasir üslübda hazırlanmış Agile konsepti əsas alınıb. Bütün bunlar hədəfi "xidmətlə liderlik" olan şirkətin fəaliyyətinə müsbət təsir göstərəcək. 
"BME Schindler" şirkəti lift avadanlığı, elektrik avadanlığı, tikinti və yol texnikası, yükvurma avadanlığı satışı və bütün bunların texniki baxışı ilə məşğuldur.
Şirkət "Schindler" liftlərini təkcə binalarda deyil 2 və ya daha çox mərtəbəsi olan bağ evlərində də bunu edir. 
Həmçinin bu liftlər elektrik enerjisinə qənaət etmək baxımından da sərfəlidir. Məhsullar İsveçrə mühəndisliyi ilə italyan dizaynı əsasında hazırlanır. 
Şirkət dezinfektorlu "Schindler" liftlərinin istehsalı ilə də diqqət çəkir. Bunun üçün təmassız düyməli liftlər mövcuddur. 
Qeyd edək ki, Bakı Mexanika və Elektronika MMC ("BME-Schindler Azərbaycan") İsveçrənin "Schindler" Şirkətlər Qrupunun quraşdırma və texniki qulluq xidmətlərinin Azərbaycanda yeganə rəsmi distribütorudur. 
Xatırladaq ki, "Schindler Group" 1874-cü ildə İsveçrənin Luzern kantonunda qurulmuş va hal hazırda dünyanın bir çox ölkəsində təmsil olunan və 55 000-dən çox əməkdaşı olan bir dünya markasıdır. 
Hər gün dünya üzərində iki milyarda yaxın insanı daşıyan "Schindler Group" etibarlı lift va eskalator istehsalçısı olub, yatırımcıların, memarların, inşaatçıların və istifadəçilərin birinci seçimi olaraq qalır.

Biznes     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler emlak xeberleri dollar məzənnəsi pul qazanmaq kripto