BMT Əfqanıstanda məsciddəki partlayışın təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırdı
BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstanın Herat əyalətində məscidə hücumun təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat üçün bəyanatında deyilir.
"BMT Təhlükəsizlik Şurası Əfqanıstanda dinc əhaliyə qarşı davam edən dəhşətli terror aktlarını, o cümlədən sentyabrın 2-də Heratda məscidə hücumu qətiyyətlə pisləyir", – bəyanatda vurğulanır.
Qeyd edək ki, sentyabrın 2-də Heratın Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. İlkin məlumatlara görə, terror aktı zamanı 40-dan çox adam ölüb.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
SWIFT nədir?
Biznes nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?