Borrell: "Rusiya ərzağı silah kimi istifadə edir"
Bu gün dünyanı ən çox narahat edən məsələ ərzaq qıtlığıdır və bu böhranla üzləşməyimizin səbəbi isə Rusiyanın Ukrayna taxılının qlobal bazara ixracına imkan verməyən blokadasıdır.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukrayna taxılının qlobala bazara çatdırılası üçün digər mümkün vasitələrdən istifadə olunur: "Biz digər mümkün imkanlardan istifadə edərək Ukrayna taxılının daşınmasına çalışırıq, həm quru yolla, həm Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana daşıyırıq, lakin bu kifayət deyil. Mən ümid edirəm ki, bu həftə Odessa limanı ətrafında blokadanın aradan qaldırılması istiqamətində razılaşma əldə olunacaq. On minlərlə insanın həyatı bu razılaşmadan asılıdır, yəni bu diplomatik oyun deyil, həyat və ölüm məsələsidir. Rusiya blokadanı götürməli və icazə verməlidir ki, Ukrayna eksportu həyata keçirsin. Ona görə biz deyirik ki, Rusiya insan varlığının həyatını diqqətə almadan ərzağı silah kimi istifadə edir. Bu, açıq şəkildə, ucadan deyilməlidir".
Aİ-nin Ali Nümayəndəsi Rusiyanın Aİ-yə qaz ixracını azaltması barədə də danışıb: "Biz bilirdik ki, Rusiya qaz ixracını Avropaya qarşı silah kimi istifadə edəcək və o, artıq bunu edir, idxal olunan qazın həcmini azaldır, lakin biz alternativ imkanları müzakirə edirik. İyulun 20-də Avropa Komissiyasında bununla bağlı müzakirələr keçiriləcək. Rusiyanın etdiklərinə görə, biz Ukraynaya dəstəyimizi dayandırmayacağıq. Risklər var və Avropa Komissiyası istənilən situasiyaya hazır olmaq üçün bu məsələləri müzakirə edir".
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb