Böyük qaz bazarını itirən — Rusiya

Böyük qaz bazarını itirən — RusiyaRUSİYA AVROPANIN QAZ BAZARINDA mövqelərini itirmək üzrədir. Əgər keçmiş illərdə Avropa İttifaqının Rusiya qazından asılılığı 35 faiz civarında idisə, hazırda bu rəqəm 7 faizə qədər enib. Bəzi ölkələr isə ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər, ilin başlanğıcından qaz ehtiyatlarını başqa ölkələrdən idxal hesabına doldurublar. Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi. Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə çalışacaq. Avropa ölkələri baha olmasında baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatın təxminən 80 faizini ödəyir.
Rusiya Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkət gətirmək üçün illər lazımdır. Rusiya iqtisadiçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu Rusiyanın maraqlarına cavab vermir.
Rusiyanın "Qazprom" şirkəti Pekinlə danışıqlardan narazıdır. "Qazprom" şirkətinin qaz nəqli 40 faizdən çox azalıb. Bu təxminən 59 milyard kubametr qaz həcmidir. Bu ilin sonu üçün "Qazprom"un itkiləri daha da artacaq. Bu səbəbdən Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadi ekspertlər Sibirin qaz infrasturktunun inkişafına xərclərin azaldılması vacibliyini bildiriblər.
"Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq"- deyə, bunu Bakıda mənzillənən Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.
Buna baxmayaraq, Rusiya Çinə "Sibirin gücü – 2" boru xəttinin tikintisinə başlamaq istəyir. Boru xətti Monqolustanın ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq. Çin Rusiya qazını ucuz almağa çalışacaq. "Qazprom" şirkəti Avropada həm bazarını, həm də gəlirlərini itirir.
E.Şahinoğlu şərh edərək əlavə edib ki, Rusiya İran üzərindən Pakistan bazarına da çıxış əldə etmək istəyir.
"Pakistanın qaza tələbatı var. Ona görə bəzi ekspertlərin fikrincə, Rusiya İran və Pakistanla qaz anlaşmaları imzalaya bilər. Ancaq bu layihənin reallaşması üçün zaman lazımdır". / banker.az

Xəbərlər     Tarix: 31 oktyabr 2022

Oxşar xəbərlər

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm


iqtisadi xeberler bitcoin qiymeti telefonla pul qazanmaq birbank online pul qazanmaq