BP 2030-cu ilədək neft-qaz sektorunun inkişafına ildə 9 mlrd. dollar yönəltməyi planlaşdırır

BP 2030-cu ilədək neft-qaz sektorunun inkişafına ildə 9 mlrd. dollar yönəltməyi planlaşdırırAzərbaycan təkcə ənənəvi neft-qaz ölkəsi deyil, yaşıl enerjinin inkişafına tövhə verəcək bir enerji mərkəzinə çevrilə bilər.
Bu barədə BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan imkanlar, təcrübə, kadr potensialı və neft-qaz infrastrukturu onu deməyə imkan verir ki, ölkəmizdə hidrogen istehsalı üçün müəyyən perspektivlər mövcuddur.
Bəxtiyar Aslanbəyli onu da qeyd edib ki, bu imkanlar düzgün qiymətləndirilsə və balanslı şəkildə həyata keçirilsə, Azərbaycanın yaşıl enerjinin inkişaf etdirəcək enerji mərkəzinə çevrilməsi üçün imkanlar var.
BP şirkətinin nümayəndəsi onu da əlavə edib ki, BP 2050-ci ilədək və daha tez xalis sıfır emissiyalı şirkətə çevrilmək hədəfini qoyub və bunun üçün strategiyasına ciddi dəyişikliklər edib: "Lakin bu demək deyil ki, şirkət ənənəvi neft-qaz sektorunda fəaliyyətindən imtina edir, sadəcə az emissiyalı neft və qazın hasilatını təmin etməyi nəzərdə tutur. BP 2030-cu ilədək neft-qaz sektorunun inkişafına ildə 9 mlrd. dollar yönəltməyə planlaşdırır". / banker.az

Xəbərlər     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

Toyuq əti də bahalaşdı - Video

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 2 il olacaq. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Layihəy


iqtisadi xeberler pul qazanmaq kicik biznes internetden pul qazanmaq dollar kursu