BP AÇG-də "deep-gas" üzrə hasilata dair planlarını açıqlayıb

BP AÇG-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı "Dərin qaz" ("deep-gas") laylarında olan ehtiyatları çıxarmaq üçün ilk quyunu qazılması bu il üçün planlaşdırılır.
Bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, BP və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarda olan neft laylarının alt laylarında qaz ehtiyatlarının olduğunu əvvəlcədən də bilirdi: "Ancaq bilgilərimizi daha da genişləndirmək, dərinləşdirmək və qiymətləndirmək lazım idi. Bu ehtiyatlar haqqında əlavə məlumat toplamaq lazım idi. Ona görə də 2023-cü ilin fevral ayında məlumat toplamaq məqsədi ilə qiymətləndirmə quyusunu qazmağa başladıq. Biz həmin quyunu təqribən 3 aya qazdıq".
T. Bayatlı qeyd edib ki, aprel ayında qazma işləri yekunlaşıb: "Bunun nəticəsində çox geniş məlumatlar toplanaraq təhlilə göndərilib, laboratoriyalarda işlənib. Gözlədiyimiz kimi, qaz ehtiyatlarının olması öz təsdiqini tapıb. Ancaq o haqda əlavə məlumatlar, nəticələr ciddi təhlil olunmalı və qiymətləndirlməli idi".
"BP-Azerbaijan" rəsmisi bildirib ki, hazırda həmin qiymətləndirmə işləri davam edir: "Bununla belə dəqiq bilirik ki, quyunun nəticələri ümidvericidir, yaxşıdır. Bu il üçün ilk qaz hasilatı quyusunun qazmağa başlanılması ilə bağlı planlar qurulur. Yəni AÇG-nin dərin laylarında olan qaz ehtiyatlarını çıxarmaq üçün ilk quyunu qazmaq planlaşdırılır. Hazırda da işlər bu istiqamətdə davam edir".
T. Bayatlı əlavə edib ki, hazırda qiymətləndirmə quyusundan əldə olunan nəticələr təhlil olunur, qiymətləndirilir, həmçinin qaz hasilatı quyusunun qazılması üçün planlaşdırma işləri aparılır.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30.37%), SOCAR (25%), "MOL Group" (9.57%) INPEX (9.31%), "Equinor" (7.27%), "ExxonMobil" (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), "ONGC Videsh Limited" (OVL) (2.31%) pay sahibidir. / banker.az

Xəbərlər     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti bu gunun xeberleri biznes qurmaq