BP və KOBİA əməkdaşlığa dair - Anlaşma Memorandumu İmzalayıb

BP və KOBİA əməkdaşlığa dair - Anlaşma Memorandumu İmzalayıbBP Azərbaycandakı tərəfdaşları adından yerli biznesin inkişafını dəstəkləmək yönündə əməkdaşlığı davam etdirmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni anlaşma memorandumu imzalayıb.
FED.az xəbər verir ki, bu 2018-ci ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində KOBİA ilə səmərəli əməkdaşlığın davamıdır.
Məlumatda görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Yeni memorandum çərçivəsində KOBİA və bp ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə birgə əməkdaşlıq edəcəklər.
İmzalama mərasimində çıxış edən Bəxtiyar Aslanbəyli qeyd edib ki, yeni anlaşma memorandumunu imzalamaqla yerli bizneslərin inkişafını dəstəkləmək yönündə səylərini davam etdirirlər: "Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olub. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. Biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik".
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirir. BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcək.
Tədbir çərçivəsində KOBİA və BP-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Qeyd olunub ki, layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır və Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlimləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə "Kənd İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra olunacaqdır. Bu layihənin dəyəri 495 min manatdan çoxdur
Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq.
Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq. Layihənin ümumi dəyəri 100 min manat təşkil edir.

Biznes     Tarix: 13 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne