Braziliya məhkəməsi "Telegram"ın bloklanması qərarını ləğv edib
Braziliyada məhkəməsi "Telegram"ın bloklanması ilə bağlı qərardan üç gün sonra onu ləğv edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Mesajda deyilir ki, messencerin istifadəsinə tam qadağa əsassızdır və minlərlə insanın ünsiyyət azadlığına mane olacaq. Bununla belə, şirkət neonasist məzmunlu kanalların administratorları və iştirakçıları haqqında istintaqa məlumat verməkdən imtina etdiyi üçün cərimə qüvvədə qalıb.
Aprelin 26-da Braziliyanın hüquq-mühafizə orqanları "Telegram"dan onlara təhsil müəssisələrinə hücumlarda iştirak etdiyi iddia edilən neonasist qrupların üzvləri və idarəçilərin məlumatlarını verməsini tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, messencerin nümayəndələri onlara bu məlumatları təqdim etməyiblər.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir