BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Bakı-Tbilisi-Ceyhan kəmərinin (BTC) Yevlaxda yerləşən 2-ci nasos stansiyası gündəlik orta hesabla 620 min barel həcmində neft nəql edir.
Bunu stansiyanın sahə meneceri Rəşad Məmmədov BP şirkətinin rayonlara təşkil etdiyi media-tur çərçivəsində bildirib.
Onun sözlərinə görə, nasos stansiyasında dörd neftvurma qurğusu mövcuddur və bunların üçü işlək vəziyyətdədir, dördüncü qurğu rezerv kimi saxlanılır.
Rəşad Məmmədov bildirilib ki, üç qurğu gündə 1 mln. barelədək neft aşıra bilər, lakın orta hesabla qeyd olunan qurğular gündəlik 620 min barel neft nəql edir.
Faktiki olaraq, bu, o deməkdir ki, BTC ilə gündəlik orta hesabla 620 min barel neft nəql olunur.
Sahə meneceri qeyd edib ki, nasos stansiyası Canubi Qafqaz kəməri vasitəsi ilə alınan "Şahdəniz" qazının hesabına işləyir.
Rəşad Məmmədov onu da əlavə edib ki, indiyədək BTC neft kəməri ilə 4.1 mlrd. barel və ya 546 mln. tondan artıq neft nəql olunaraq tankerlərə yüklənilib və dünya bazarlarına çıxarılıb.
Sahə meneceri xatırladıb ki, BTC neft kəmərinin uzunluğu 1 768 kilometr, gündəlik ötürücü gücü isə 1.2 mln. bareldir. BTC boyunca səkkiz kompres stansiyası fəaliyyət göstərir, bunların iki Azərbaycanda, daha ikisi Gürcüstan, dördü isə Türkiyə ərazisində yerləşir. / banker.az
Qızılın qiyməti düşüb
Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Telegram-ın yaradıcısı Rusiyada terrorçu elan edildi
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu Pavel Durovu terrorçuların axtarış siyahısına daxil edib. xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qurumun iddiasın