BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi açıqlanıb
Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 209 372 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1.86% çoxdur.
Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinin məlumatında bildirilir.
Məlumata görə, ötən ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 205 548 min barel neft nəql edilib.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12.64% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq