Bu gün FED faiz qərarını açıqlayacaq

Bu gün FED faiz qərarını açıqlayacaqİki günlük noyabr iclasında ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) ardıcıl dördüncü dəfə faiz dərəcəsini 0,75 baza bəndi artıraraq 3,75-4% aralığına çatdıracağı gözlənilir.
Marja xəbər verir ki, DailyFX portalının sorğusunda iştirak edən analitiklər belə hesab edirlər. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
FED-in faiz qərarı çərşənbə günü, noyabrın 2-də, Bakı vaxtı ilə saat 22.00-da dərc olunacaq.
Dollar FED-in iclası başa çatmamış zəifləyir
Dolların əsas dünya valyutalarına nisbətdə məzənnəsi ABŞ Federal Ehtiyat Sisteminin iclası başa çatmamış ucuzlaşır. Çərşənbə günü səhər saatlarında dolların digər əsas dünya valyutalarına nisbətdə dəyəri azalıb. İnvestorlar FED-in iclasının nəticələrinin açıqlanmasını gözləyirlər.
Avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdakı 0,9874 dollardan 0,9889 dollara yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi 148,28 yendən 147,57 yena kimi ucuzlaşıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,23% azalaraq 111,22 bənd təşkil edib.
CME Group-un məlumatına görə, analitiklər 88%-i FED-in  uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artaraq illik 3,75-4%-ə çatacağını gözləyir, qalanları isə 0,5 faiz bənd artım proqnozlaşdırırlar.
Ekspertlər FED-in bundan sonra hansı addımlar atacağı ilə bağlı da proqnoz verirlər. Analitiklərin 48%-i FED-in dekabrda uçot dərəcəsini 4,25-4,5% civarına, 47%-i isə 4,5-4,75% aralığına yüksəldəcəyini nəzərdə tuturlar. 
İnvestorlar tənzimləyicinin bu ilin sonu və gələn il üçün gələcək siyasəti ilə bağlı daha çox ipucu əldə etmək üçün 22:30-da başlayacaq mətbuat konfransında Fed sədri Jerome Powell-in çıxışını izləyəcəklər.
GÜNÜN DİGƏR MÜHÜM MƏLUMATLARI
Bakı vaxtı ilə saat 12.55-də Almaniya Federal Məşğulluq Agentliyi ölkədəki işsizliklə bağlı məlumatları dərc edəcək. Analitiklər oktyabrda bu rəqəmin sentyabr və avqust aylarında 5,5% səviyyəsində qalacağını gözləyirlər.
Bakı vaxtı ilə saat 13.00-da "S&P Global" 19 Avrozona ölkəsinin sənaye istehsalı sahəsində istehsal fəaliyyətinin PMI indeksinin yekun qiymətləndirməsini dərc edəcək. Analitiklər, indeksin sentyabrda 48,4-dən oktyabrda 46,6-ya düşəcəyini gözləyirlər ki, bu da son iki il dörd ayın ən aşağı səviyyəsidir.
Bakı vaxtı ilə saat 16.15-də Automatic Data Processing (ADP) analitik şirkəti oktyabr ayı üçün ABŞ-ın özəl şirkətlərində iş yerlərinin sayında dəyişikliklərlə bağlı məlumatları dərc edəcək. Sentyabrda 208 min artımdan sonra göstəricinin 195 min artacağı gözlənilir.
Bakı vaxtı ilə saat 18.30-da ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası oktyabrın 28-də başa çatan həftə üçün ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, bu rəqəm 0,27 milyon barel artaraq 440,2 milyon barelə çatıb. / marja.az

Maliyyə     Tarix: 02 noyabr 2022

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti biznes qurmaq dollar mezenne