Bu gün İstanbulda taxıl dəhlizi ilə bağlı müqavilə imzalanacaq
Ukrayna-Rusiya müharibəsi səbəbindən limanlarda gözləyən 20 milyon tondan çox taxılın daşınması üçün Türkiyənin rəhbərlik etdiyi diplomatik danışıqların nəticəsi olaraq bu gün taxıl daşınması müqaviləsinin imzalanma mərasimi keçiriləcək.
Banker.az Türkiyə Prezident Ofisinin Rabitə Müdirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi saat 16.30-da Dolmabahçe ofisində keçiriləcək. Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Antonio Quterreşin, Ukrayna və Rusiyanın nümayəndə heyəti iştirak edəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyədə imzalanacaq razılaşmanı alqışladıqlarını və Ankaranın səylərini yüksək qiymətləndirdiklərini bildirib.
Qeyd edək ki, BMT, Ukrayna və Rusiya nümayəndə heyətlərinin ötən həftə İstanbulda keçirilən toplantısında Qara dənizdən taxıl daşınması üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması qərara alınıb. Razılaşmanın yazılı bir sənədə çevrilməsini istədiklərini açıqlayan prezident Ərdoğan "Ümid edirik ki, plan önümüzdəki günlərdə həyata keçirilməyə başlayacaq" demişdi.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
İlon Mask kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?