Bu gün Putin Səmərqənd şəhərində İlham Əliyev və Ərdoğanla görüşəcək
Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
azxeber.com xəbər verir ki, Rusiya Prezidenti cümə günü (16 sentyabr – Red) bir sıra görüşlərə Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli danışıqlara başlayacaq. Sonuncu dəfə liderlər 2021-ci ilin dekabrında Putinin Yeni Dehli səfəri zamanı şəxsən görüşüblər.
Səmərqənddə onlar Rusiya ilə Hindistan arasında xüsusilə imtiyazlı strateji tərəfdaşlığın təşviqi məsələlərini müzakirə etmək niyyətindədirlər. İlk növbədə, qarşılıqlı ticarət axınının artırılması, Hindistan bazarının Rusiya gübrələri ilə təmini, qarşılıqlı ərzaq tədarükünün təmin edilməsi istiqamətində addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind