"Bu il 420 min evin yüksəksürətli internetə qoşulması nəzərdə tutulur"
2021-ci ilin sonuna kimi GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında 370 min ev təsərrüfatı yüksəksürətli internet şəbəkəsinə qoşulub, 2022-ci ildə isə daha 420 min ev təsərrüfatının qoşulması nəzərdə tutulur.
Bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezliklərdən istifadə məsələləri ilə bağlı keçirilən görüşdə deyib.
R.Rüstəmov radiotezlik istifadəçilərini son dövrlər bu sahədə görülən işlər və yeniliklər barədə məlumatlandırıb: "Ölkəmizdə innovativ cəmiyyətin və rəqəmsal iqtisadiyyatın qurulması, habelə rəqəmsal transformasiya yolunda ən vacib element etibarlı, sürətli, əlçatan internet şəbəkəsinin olmasıdır. Bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum ortalama sürətinin 25 mbps-ə çatdırılması hədəflənir".
Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, radiotezlik istifadəçisi olan şirkət rəsmiləri, müxtəlif qurumların nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Xatırladaq ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Evdə biznes qurmağın yolları
Fond birjası nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Elon Musk kimdir?
Startup nədir və necə olur?