Bu il AÇG və "Şahdəniz"dən mənfəət vergisi üzrə daxilolmalar proqnozu artırılıb

Bu il AÇG və Bu il "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların proqnozu 280 milyon manat (75,7 %), "Şahdəniz" layihəsi üzrə isə 325 milyon manat (20,2 %) artırılıb.
Bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.
"Daxilolmaların proqnozu 2024-cü il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə, yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı "Azəri Light" markalı xam neftin bir barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları müəyyən edilməsi ilə yanaşı, 2023-cü ilin IV rübü və cari ilin yanvar-mart ayları üzrə neftin orta ixrac qiymətinin 87,2 ABŞ dolları təşkil etməsi ilə əlaqədar artırılıb", - arayışda deyilir.
Beləliklə, neft-qaz sektoru üzrə vergi daxilolmalarının 43,7 %-ini və ya 2 milyard manatını Azərbaycan Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 %-ini və ya 650 milyon manatını "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 %-ini və ya 1 milyard 930 milyon manatını isə "Şahdəniz" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma ilə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat, o cümlədən dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 769 milyon manat səviyyəsində təsdiq edilib. Dövlət Neft Fondunun transferti 12 milyard 781 milyon manat səviyyəsində gözlənilir. / marja.az

Maliyyə     Tarix: 30 iyul 2024

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler bank faizleri valyuta xeberleri valyuta kurslari biznes ideyalari