Bu il Azərbaycan 40 milyard kubmetrə yaxın qaz hasil edib
2022-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 11,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 20,7 milyard kubmetri "Şahdəniz"dən, 6,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə xaricə qaz satışı 18,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. 10 ay ərzində Türkiyəyə 6,9 milyard kubmetr, Avropaya 9,3 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetrə yaxın qaz nəql olunub.
Nazirlikdən verilən məlumata əsasən, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 01 noyabr tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 201,2 milyard kubmetr, "Şahdəniz"dən isə 178,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 124,3 milyard kubmetr həcmi ixraca nəql edilib.
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki