Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artdı
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,9 milyard manatlıq məhsul satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % çoxdur.
KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, həmin dövrdə o cümlədən ölkədə 23 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin ilk 9 ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,8 % artıb.
Bu ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,8 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 13,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 %, fərdi sahibkarlar üzrə 3,5 %, bazar və yarmarkalarda 3,6 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 447,7 manatlıq, o cümlədən 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq malları alıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes plan necə yazılır?
Biznes təlimlər və tədris üsulları
Evdə biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri