Bu il Qazaxıstan BTC marşrutu ilə tədarük edəcəyi neftin həcmini açıqlayıb
Bu il Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri marşrutu ilə 1.5 milyon ton neft ixrac etməyi planlaşdırır.
Bu barədə Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu il Qazaxıstanda neft və qaz kondensatının hasilatı 90.3 milyon ton səviyyəsində olacağı planlaşdırılır. İxrac həcminin 70.8 milyon tona, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə 56.7 milyon tona çatacağı gözlənilir.
Xatırladaq ki, 2023-cü ildə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan "Kaztransoil" şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 5.5 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Tengiz" yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1.5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb. / banker.az

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
"iPhone 15" modelinin üstünlükləri
ƏDV geri al və onun üstünlükləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Dropshipping nədir?
Biznes nədir?