Bu istiqraz investorlara bir ildə 8,5% qazanc gətirəcək - MÜSAHİBƏ

Bu istiqraz investorlara bir ildə 8,5% qazanc gətirəcək - MÜSAHİBƏFED.az "ABB-İnvest İnvestisiya Şirkəti"nin QSC-nin icraçı direktoru Nadir Babazadənin müsahibəsini təqdim edir:
-"ABB-İnvest"in anderraytinq xidməti çərçivəsində növbəti layihəsi kimi "Bank Respublika"nın istiqraz emissiyası" haqqında məlumat verməyinizi istəyərdik…
-Bildiyiniz kimi, elan olunan emissiya "Bank Respublika"nın sayca üçüncü emissiyasıdır. Bir xoş məqam ondan ibarətdir ki, "ABB-İnvest" tərəfindən təşkil olunacaq emissiya Bankın 30 illiyinə təsadüf edir. Bu müddət ərzində müştərilərinin etimadını qazanmış Bank tərəfindən korporativ və pərakəndə investorlara 8.5% gəlirlilik ilə 15 milyon manatlıq 2 illik istiqrazlar təklif olunacaq.
-Bu, sayca 3-cü istiqraz emissiyasıdır. Bu emissiyanı əvvəlkilərdən fərqləndirən hansısa cəhətlər varmı?
-Bu istiqrazlara ona görə xüsusi bir özəllik qatmaq istədik ki, təklifimiz nəinki öncəki istiqrazlardan, hətta digər korporativ istiqrazlardan fərqlənərək investorlara daha da cəlbedici olsun. Belə ki, bu istiqrazların müddəti iki il olsa da, hər bir investorun əldə etdiyi istiqrazları bir il sonra təkrar bazarda bu qiymətli kağızlara tələbatdan asılı olmayaraq, satmaq imkanı olacaq. İstiqraz sahibləri hərracdan aldıqları kağızları geri satış imkanı əldə edəcəklər.Bu zaman investorlar əldə etdikləri qiymətli kağızları öncədən razılaşdırılmış tarixdə, müəyyən edilmiş həcm və gəlirliklə "ABB-İnvest"ə geri sata biləcəklər, bununla da investisiya müddəti 2 ildən 1 ilə endirilmiş olacaq. İnvestorlar gələcəkdə yarana biləcək likvidlik ehtiyaclarının qarşısının alınması istiqamətində mühüm alət əldə edəcəklər. Əslində, investor üçün bu cür imkanlar yaratmaqda məqsədimiz kapital bazarlarını inkişaf etdirməkdir. Kapital bazarları ümumi iqtisadiyyatın çox vacib hissəsidir və bazarın daim aktiv qalması üçün tələb və təklifin də daim yüksək olması mütləqdir.
Azərbaycanda kapital bazarları öz inkişaf dövrünü yaşayır. Qiymətli kağız emissiyalarının sayı ildən-ilə artır. Buna baxmayaraq, potensial və perspektiv baxımından görüləcək işlər hələ çoxdur. Bizə kapital bazarını inkişaf etdirmək üçün investorlar lazımdır. Onlar olmasa, heç bir inkişafdan söz gedə bilməz. Bu baxımdan biz investorların maksimal dərəcədə stimullaşdırılması, həvəsləndirilməsi və onların maksimum gəlir və rahatlıq əldə etməsi üçün əlimizdən gələni edirik. Sözügedən istiqrazların geri satış imkanı da bu istiqamətdə apardığımız işlərdən biridir. 28 aprel tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək hərracda iştirak etmək istəyən hər kəs bizə müraciət edə bilər.
-Haqqında danışdığımız emissiyadan gözləntiləriniz nədir?
-Azərbaycanın kapital bazarının mühüm iştirakçılarından biri olduğumuz üçün bütün komanda üzvlərimiz bu bazarın inkişafı yolunda məsuliyyətlərini anlayır və bu istiqamətdə maksimum töhfələrini verməyə hazırdılar. Bu emissiyanın baş tutması və uğurlu olması əsas hədəflərimizdən biridir. Düşünürəm ki, kifayət qədər uğurlu bir emissiya olacaq. "Bank Respublika"nın simasında, bankları, sığorta şirkətlərini və öz biznes fəaliyyətlərini genişləndirmək, inkişaf etdirmək istəyən şirkətləri təklif etdiyimiz anderraytinq xidmətindən istifadə etməyə çağırırıq. Emissiya bir neçə mərhələli prosesdir və "ABB-İnvest" komandası olaraq bu layihənin hər bir mərhələsində emitentlərin yanında olub öz peşəkar dəstəyimizi verməyə hər zaman hazırıq.  
- Müsahibə üçün təşəkkür edirik.
Bu istiqraz investorlara bir ildə 8,5% qazanc gətirəcək - MÜSAHİBƏ

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaları

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər


iqtisadi xeberler kripto bank faizleri investisiya rubl mezenne