"Bu, nə İrana, nə də Rusiyaya böyük bir dividend vəd etmir" - Dörd milyard dollarlıq sazişlə bağlı AÇIQLAMA
İranın Rusiyanın "Qazprom" şirkəti ilə 4 milyard dollar dəyərində müqavilə imzalaması geniş müzakirələrə yol açıb. Hazırda hər iki ölkənin ciddi sanksiyalar altında olması fonunda belə bir müqavilənin imzalanmasının heç bir tərəfə uğur gətirməyəcəyini söyləyənlərlə yanaşı, imzalanan sazişin Kremlin vəziyyətini düzəldəcəyinə inanalar da az deyil. Bəs görəsən sözügedən müqavilə tərəflərə hər hansı bir dividend qazandıracaqmı?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı alim Mahir Zeynalov bildirib ki, Rusiya sanksiyalara görə Avropa bazarlarına çıxa bilmir: "Qərb birdəfəlik olmasa da, xeyli dərəcədə Rusiya qazından imtina edib. Amma Almaniyanın sənayesi rus qazının idxalından asılıdır və bu səbəbdən də birdəfəlik imtina reallaşmır. Rusiya müharibənin uzanacağını və sanksiyaların davam edəcəyini anlayır. Buna görə də, alternativ bazarlar axtarmağa məcburdur. Hazırda Moskva üçün ən optimal bazar Çin, İran və Asiya hesab olunur. Kreml çox güman ki İran vasitəsi ilə öz qazını satmaq niyyətindədir. Amma İranın özü də sanksiyalar altındadır. Eyni zamanda İslam Respublikası özü də qaz ixracatçısıdır. Ona görə də, Tehranın Rusiya qazını kimə satacağı qeyri-müəyyəndir".
Mahir Zeynalov sözügedən sazişin iqtisadi cəhətdən real olacağına inanmadığını bildirib: "Bu saziş nə İrana, nə də ki, Rusiyaya böyük bir dividend vəd etmir. Xatırlayırsınızsa bir müddət öncə İran və Ermənistan arasında da belə müqavilələr imzalanmışdı. Amma sonra hamısı kağız üzərində qaldı. Yəni ictimai fikirə yönəlik layihələr olduğundan özünü doğrultmadı".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
SMM nədir?
SMM nə deməkdir?
İnstaqramda biznes qurmağın yolları
Kriptovalyuta nədir və necə alınır?
Startup nədir və necə olur?