Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq

Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq"Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir.
Bu barədə  "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lərdən bildirilib.
Məlumata əsasən, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır.
"Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz bazar konyunkturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində davamlı şəkildə dəyərləndirir. Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətlərin rəsmi veb-saytında ("Aztelekom", "Baktelecom") dərc edilib.
Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq, tarif paketlərində sürət 2,5 dəfə artırılacaq. Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək", – deyə məlumatda bildirilib.
Tariflərlə bağlı ətraflı məlumatı "Aztelekom" üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, "Baktelecom" üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə etmək mümkündür.
Qeyd edək ki, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi avqustun 15-dək olubsa, növbəti hesablama dövrünədək heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər. "Abunəlik müddəti avqustun 10-da yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş olunmadan əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq. Həm "Aztelekom" MMC-nin, həm də "Bakı Telefon Rabitəsi" MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi avqustun 15-də və sonrakı günlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq", – deyə məlumatda qeyd olunub.
AZƏRTAC-ın qurumlar tərəfindən Qarabağda reallaşdırılan işlər barədə sualına cavab olaraq isə bildirilib: "İşğaldan azad olunmuş ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsi istiqamətində işlər "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na müvafiq olaraq həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı, biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır". / banker.az

Xəbərlər     Tarix: 10 avqust 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.

Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler biznes xeberleri bitkoin bank faizleri valyuta kurslari