Büdcə Təhlili – Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?

Büdcə Təhlili – Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?"Onu doğru hesab edirəm. Çünki qarşıdakı müddətdə Rusiya-Ukrayna müharibəsinin bitəcəyi təqdirdə, müəyyən sanksiyalarda yumşalmalar olarsa və ya dünya iqtisadiyyatında geriləmələr baş verərsə, kəskin şəkildə neftin qiyməti düşə bilər. Yəni əgər büdcədə neftin qiyməti yuxarı götürülsə və qiymət birdən aşağı düşsə, büdcənin icrasında ciddi problemlər yaşanar. Amma 2023-cü ilin ortalarında neft qiymətləri yüksək olarsa, təbii ki, büdcəyə yenidən baxılaraq dəyişiklik edilə bilər və neftin qiyməti qaldırıla bilər. Azərbaycan iqtisadiyyatı ciddi şəkildə neft sektorundan asılıdır. Qeyri-neft sektorunda belə neft amilinin izi var. Belə ki, qeyri-neft sektorunda canlanma, iqtisadi aktivlik neftdən gələn gəlirlər hesabına mümkün olur".
Mütəxəssis diqqətə çatdırıb ki, büdcə layihəsində sıravi vətəndaşlar üçün maraqlı iki istiqaməti var. Bunlardan biri sosial ödənişlər, digəri isə əməyin ödənişidir:
"Çünki əməkhaqqı, pensiya kimi məsələlər burada öz əksini tapır. Əməyin ödənişi üzrə olan hissədə göstəricinin 2023-cü ildə 2022-ci il ilə müqayisədə 5,2 faiz artırılması proqnozlaşdırılır. Belə ki, 2022-ci ilin yekununda əməyin ödənişinə ayrılan vəsait 8 milyard manat olacağı halda, 2023-cü ildə 8,5 milyard manat təşkil edəcək.
Sosial ödənişlər üçün isə 2023-cü ildə 4 milyard manatdan bir qədər çox məbləğ ayrılacaq. Ancaq bu ilin sonunadək məhz sosial ödənişlərə 3,8 milyard manat ayrılacaq. Bu da növbəti il üçün 6 faizədək artım deməkdir. Amma mən hər iki istiqamət üzrə artımı yetərli hesab etmirəm. Çünki bu rəqəmlər 2023-cü il üçün proqnozlaşdırılan inflyasiya göstəriciləri ilə uyğunlaşmalıdır. Məsələn, 2022-ci ildə inflyasiya yüksək olduğu üçün əməyin ödənişinə olan vəsait 2021-ci illə müqayisədə 23 faiz artırılıb. Yəni əməyin ödənişinə ayrılan vəsait inflyasiya həcmi ilə uyğunlaşdırılmalı, hətta inflyasiyadan artıq olmalıdır. Hazırkı vəziyyətdə 5,2 faiz artım çox azdır".
E.Əmirov vurğulayıb ki, büdcə müzakirələri zamanı bu faktorlar nəzərə alınmalı və problem aradan qaldırılmalıdır:
"Əgər rəqəmlər ortada yaranacaq büdcə kəsirinin məbləğini böyütməmək üçün belə saxlanılırsa, növbəti ilin ortasında bu məbləği artırmağa ehtiyac yaranacaq.
Builki büdcənin əvvəlki iki illə müqayisədə ən böyük üstünlüyü odur ki, parametrləri daha tez elan edildi, hesabat verildi. Düşünürəm ki, həm ictimai müzakirə, həm digər dövlət orqanları ilə razılaşdırma aparmaq, rəy və təkliflər vermək üçün yaxşı bir qərardır. Müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün zaman olacaq. Sadəcə istərdim ki, dövlət büdcəsinin müzakirəsi formal xarakter daşımasın. Təkliflər dinlənilsin, məqbul bilinən təkliflər büdcədə öz əksini tapsın. Çünki əksər hallarda görürük ki, büdcə müzakirəyə çıxarılır, amma kiçik detallar istisna olmaqla dəyişiklik edilmir. Bəzi korrektələr aparılır, amma əsas xərc strukturları olduğu kimi saxlanılır. Bu, doğru yanaşma deyil, büdcə hərtərəfli təhlil olunmalıdır".

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı


iqtisadi xeberler kripto leobank kart iqtisadiyyat xeberleri bitkoin qiymeti