Cek Dorsi "Twitter"in analoqunu işə salıb
"Twitter"in yaradıcısı Cek Dorsi "AppStore"da "BlueSky" adlı yeni proqram təqdim edib. Hazırda bu proqram yalnız iOS istifadəçiləri üçün əlçatandır. "BlueSky" istifadəçilərinin sayı təxminən 2 min nəfərdir.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
"Twitter"in ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını dondurmasından sonra Cek Dorsi belə bir layihə ideyasından ilhamlanıb. Dorsinin sözlərinə görə, "BlueSky" kimin söz sahibi olub, kimin söz sahibi olmadığına qərar verə bilən oxşar mərkəzləşdirilmiş platformalar tərəfindən səlahiyyətdən sui-istifadə və tənzimləmə ehtimalını azaldacaq.
"BlueSky" platforması "Twitter"in yan layihəsi kimi yaradılıb və ondan maliyyə alıb, lakin heç bir şəkildə ondan asılı olmayıb. Tətbiqin özü "Twitter" ilə demək olar ki, eynidir – burada da 256 simvola qədər qısa mesajlar və fotoşəkillər yerləşdirmək mümkündür.
Siz digər istifadəçiləri izləyə və onların yeniləmələrini görə bilərsiniz. Hazırda "Twitter"in bir çox alternativləri mövcuddur, onlardan biri "Mastodon" tətbiqidir.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB