Cəmilə Həsənzadə vəfat etdi

Cəmilə Həsənzadə vəfat etdiAzərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur "Təbrizin sehrli nağılları" kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.
azxeber.com-un xəbərinə görə, bu barədə C.Həsənzadənin həmkarları bildiriblər.
Qeyd edək ki, C.Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.
1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.
1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. C.Həsənzadə "Müxtəsər incəsənt tarixi" (1999), "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyasının (1999) və "Тебризская школа в контексте мусульманской миниатюрной живописи" (XIV - I половина XVI вв.), "Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq" kitablarının müəllifidir.
"Təbrizin sehrli nağılları" kitabı dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr olunub.
Allah rəhmət eləsin!

Xəbərlər     Tarix: 28 avqust 2022

Oxşar xəbərlər

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler birbank biznes qurmaq bank faizleri dollar məzənnəsi