Cənubi Koreyada 15 ildən sonra bir ilk: Sürpriz addım

Cənubi Koreyada 15 ildən sonra bir ilk: Sürpriz addımCənubi Koreya Mərkəzi Bankı (BOK) cümə axşamı siyasət pul siyasəti faizini 0,25 bənd azaldaraq 3 faizə endirib. Sürpriz addım kimi qiymətləndirilən bu azalma iqtisadiyyatın zəifləyən artım proqnozu ilə əlaqədar baş verib. Bu addım bankın 2009-cu ildən bəri ardıcıl faiz endirimi etdiyi ilk addımdır. Oktyabr ayında faiz dərəcələri 0,25 bənd aşağı salınmışdı.
İqtisadçılar faiz endirimini gözləmirdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Reuters-in sorğusuna qatılan iqtisadçılar Cənubi Koreya Mərkəzi Bankının faiz dərəcələrini 3,25 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdilər. Bununla belə, üçüncü rübdə gözləniləndən aşağı artım məlumatları bu qərara təkan verib. Ümumi daxili məhsul (ÜDM) iqtisadçıların proqnozlaşdırdığı 2 faiz səviyyəsindən aşağı qalaraq illik 1,5 faiz artıb.
Artım proqnozları aşağı salınıb
Mərkəzi Bank 2024-cü il üçün iqtisadi artım proqnozunu 2,4 faizdən 2,2 faizə, 2025-ci il üçün proqnozunu 2,1 faizdən 1,9 faizə endirib. BOK-un açıqlamasında iqtisadiyyatda aşağı istiqamətli təzyiqlərin artdığı və bu səbəbdən faiz dərəcəsinin endirilməsinin zəruri olduğu bildirilib.
İnflyasiya yavaşlayıb, milli valyuta təzyiq altındadır
Oktyabrda ölkədə illik inflyasiya 1,3 faiz təşkil edərək 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Bununla belə, Cənubi Koreya vonunun məzənnəsi son aylarda ABŞ dollarına nisbətdə sürətlə ucuzlaşaraq, noyabrın 14-də 1411,31-ə kimi iki ilin ən aşağı səviyyəsinə düşüb. Vonun bu sürətlə ucuzlaşması mərkəzi bank üçün faiz dərəcələrinin aşağı salınması baxımından əlavə problem yaradır.
Cənubi Koreya Mərkəzi Bankının sədri Rhee Chang-yong oktyabr görüşündən sonra verdiyi açıqlamada, "Koreya vonunun ABŞ dolları qarşısında dəyərini bizim istədiyimizdən daha sürətli və daha aşağı səviyyədə itirir" demişdir. Rhee vurğulamışdı ki, bu vəziyyət faiz dərəcələrinin aşağı salınma sürətinə təsir edən kritik amildir.
Morgan Stanley-dən "sürpriz" şərhi
Morgan Stanley-nin Cənubi Koreya və Tayvan üzrə baş iqtisadçısı Kathleen Oh, faiz dərəcəsinin endirilməsinin sürpriz olduğunu söyləyib. Xüsusilə ixracatdakı yavaşlama səbəbiylə iqtisadi artım perspektivinin pisləşməsinin bu qərarı dəstəklədiyini qeyd edən Oh, "Cənubi Koreya Mərkəzi Bankı, ABŞ siyasətləri təsdiqlənməmişdən əvvəl hərəkət etmək fürsətindən istifadə etdi, çünki mövcud faiz dərəcəsinin neytral səviyyədən yuxarı olduğunu bilirdi" deyib.
BOK 2024-cü ilin birinci rübü üçün neytral faiz dərəcəsini 0,2 faizlə 1,3 faiz arasında proqnozlaşdırır. Qərardan sonra Kospi indeksi 0,29 faiz artdığı halda, von 0,3 faiz ucuzlaşaraq 1392,17 olub. / marja.az

Maliyyə     Tarix: 28 noyabr 2024

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler valyuta kurslari avtomobil xeberleri dollar manat kursu pul qazanmaq