Ceyhun Bayramov Ermənistanın təxribatları barədə avropalı diplomatları məlumatlandırdı

Ceyhun Bayramov Ermənistanın təxribatları barədə avropalı diplomatları məlumatlandırdıBu gün xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində "Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri" mövzusunda tədbirdə iştirak edib.
KONKRET.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirdə Nazir Ceyhun Bayramov çıxış edib.
Nazir Ceyhun Bayramov çıxış zamanı Azərbaycanın xarici siyasət prioritetləri, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla bölgədə sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib. Nazir, eyni zamanda Ermənistanla sülh gündəliyi üzrə təkliflər, aparılan danışıqlarda Azərbaycanın mövqeyi və yanaşması barədə iştirakçıları məlumatlandırıb.
Azərbaycanın bölgədə apardığı bərpa və quruculuq işlərinin, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin bütün bölgənin rifahı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətdiyi bildirilib. Bölgədə davam edən mina təhdidləri və Ermənistan tərəfindən bu istiqamətdə həyata keçirilən təxribatlara diqqət yönəldilib.
Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verdiyi qeyd olunub, bu xüsusda cari ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Şərq-Qərb Orta Dəhlizi boyunca bağlantıların gücləndirilməsi istiqamətində Azərbaycanın bir sıra uğurlu layihələr icra etdiyini, Vətən müharibəsindən sonra nəqliyyat-kommunikasiya yollarının bərpası istiqamətində işlər həyata keçirildiyini diqqətə çatdırıb. 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacib olduğunu, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə olacağını bildirib.
Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler dollar kursu depozit faizleri bitkoin qiymeti biznes xeberleri