Çin 44 əsas texnologiyadan 37-də liderlik edir
Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) araşdırması göstərib ki, Çin əksər əsas texnoloji sahələrdə elmi nailiyyətlərin sayına görə birinci yerdədir.
"Critical Technology Tracker" göstərir ki, Çin nanomateriallar və robototexnikadan başlamış qabaqcıl rabitə, müdafiə və kosmik texnologiyalara qədər tədqiq edilmiş 44 əsas sahədən 37-də liderlik edir.
Xüsusilə, son beş ildə Çin alimləri müasir təyyarə mühərrikləri ilə bağlı ən mühüm elmi işlərin 48.49%-nin müəllifidirlər. Bu sahədə lider olan on tədqiqat mərkəzindən yeddisi ölkə ərazisində yerləşir.
Texnologiya yarışında ikinci yerdə yeddi sahədə liderlik edən ABŞ gəlir. / banker.az
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq