Çin "Pelosinin Tayvana səfərinin "Çinin daxili işlərinə kobud müdaxilə" olacağını bildirib
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszian ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin "Çinin daxili işlərinə kobud müdaxilə" olacağını bildirib və bunun "çox ciddi hadisələrə və nəticələrə" gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib.
Çjao brifinq zamanı deyib:
"ABŞ-a bir daha bildirmək istərdik ki, Çin Xalq Azadlıq Ordusu heç vaxt boş oturmayacaq və Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün güclü cavab tədbirləri və əks tədbirlər görəcək".
Jurnalistlərin Pelosi Tayvana gedərsə, Çinin hansı tədbirləri görə biləcəyi ilə bağlı sualına isə Çjao "Əgər tayvana getməyə cəsarət edərsə, gözləyək və görək" deyə cavab verib.
Çin ABŞ rəsmilərinin Tayvana səfərlərini adadakı müstəqillik tərəfdarlarının düşərgəsinə təşviqedici siqnal kimi qiymətləndirib.
Vaşinqtonun Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur, lakin ABŞ qanunlarına görə adanı özünümüdafiə vasitələri ilə təmin etmək tələb olunur. Respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu sədri olub.
Tayvanın Xarici İşlər Nazirliyi Pelosinin səyahət planları ilə bağlı xəbərləri şərh etməyəcəyini bildirib.
Ağ Ev Çinin ritorikasını əsassız və yersiz adlandırıb. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bazar ertəsi səhər tezdən CNN-ə açıqlamasında deyib: "Konqres liderlərinin Tayvana getməsində qeyri-adi heç nə yoxdur".
Ağ Evdən verilən açıqlamada isə deyilir: "Biz bu ritorika və ya bu potensial hərəkətlərdən qorxmamalıyıq. Bu, spiker üçün vacib səfərdir və biz bunu dəstəkləmək üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, ötən cümə axşamı telefon danışığı zamanı Çin prezidenti Si Cinpin ABŞ Prezidenti Co Baydenə xəbərdarlıq edib ki, Vaşinqton "vahid Çin" prinsipinə əməl etməlidir və "odla oynayanlar özləri onda yanacaq".

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyanın əh bahalı brendləri - TOP-10