Çinli smartfon istehsalçılarının hədəfi Avropanın "premium"udur

Çinli smartfon istehsalçılarının hədəfi Avropanın Çinin smartfon istehsalçıları Avropada daha güclü mövqe əldə etmək və yüksək marja ilə premium cihazları satmaq üçün səylərini gücləndirirlər. Həmin istehsalçılardan biri də Realme-dir.
Marja.az xəbər verir ki, Şirkətin Avropadakı satışları 2020-ci ildən 2023-cü ilə qədər 275 faiz artıb. Realme-nin məqsədi 3-5 il ərzində hazırkı 4 faizlik bazar payını 10 faizə çatdırmaqdır.
Realme 2021-ci ildə 100 milyon qlobal telefon tədarükünə çatıb və buna nail olan ən sürətli şirkət olub. Ötən il bu rəqəm, 200 milyon tədarükə çatıb.
Şirkətin məhsul marketinq meneceri Francis Vonq, "Avropa bazarında uğur qazansaq, brendimiz böyük təkan yaşayacaq və bu, qlobal satışlarımıza müsbət təsir göstərəcək" deyib. Vonq bildirib ki, Avropa bazarında Apple və Samsung-a sadiq istehlakçıları özünə cəlb etmək Hindistandan daha baha başa gəlir.
Samsung və Apple hələ də Avropada üstünlük təşkil edir
Bununla belə, Çin istehsalçıları Avropa bazarında artımın daha yavaş olduğunu etiraf edirlər. Apple və Samsung hələ də Avropada, xüsusən də premium seqmentdə üstünlük təşkil edirlər. 2024-cü ilin ikinci rübündə 700 dollardan yuxarı telefon satışlarının 94 faizi bu iki markaya məxsusdur. Huawei əvvəllər Avropada bazar payını sürətlə artırsa da, 2020-ci ildə ABŞ-ın sanksiyaları və 5G şəbəkələrində istifadə edilən Huawei avadanlıqlarına qoyulan qadağa ilə bazardan çıxarılıb.
Çin istehsalçıları yeni texnologiyalar ilə Avropa bazarında yer qazanmağa davam edirlər.
Qatlana bilən telefonlar, qabaqcıl kameralar və super sürətli şarj cihazları kimi yeniliklər bazara yeni nəfəs gətirir. Honor, Qərbi Avropada qatlanan telefon satışında Samsung-u geridə qoyub. Şirkət Magic V3 modelini 2000 avroya yaxın qiymətə satışa təqdim etməklə seçilir.
Digər Çin istehsalçısı Oppo da Find X8 seriyasını Avropaya təqdim edərək premium seqmentdə geri qayıtdığını elan edib. Oppo Avropa bazarında uzunmüddətli investisiyalar yatırmağı hədəfləyir.
Xiaomi 2024-cü ilin üçüncü rübündə premium bazardakı payını 4,3 faizədək artıraraq əhəmiyyətli artım qeydə alıb. Bundan əlavə, Transsion kimi Çin istehsalçıları Şərqi Avropada orta səviyyəli satışları artırıblar.
Bununla belə, analitiklər bildirirlər ki, Çin istehsalçıları Avropa bazarındakı paylarını 4 faizdən yuxarı artırmaqda çətinlik çəkirlər və böyük idman tədbirləri kimi bahalı marketinq kampaniyalarına böyük sərmayələr qoyurlar.
Realme-nin bazar payı artımı Rusiyadakı satışlar sayəsində sürətlənib. Çünki Rusiyanın Ukraynanı işğalından sonra Samsung və Apple bu bazardan geri çəkilib və bu, digər istehsalçılar üçün mühüm fürsət oub.
IDC-nin analitiki Vill Vonq, "Bu brendlər Qərbi Avropada brend şüurunun yaradılması üçün çoxlu pul xərcləyirlər. Lakin onlar çox müsbət gəlirlər görmürlər" deyib.
Smartfon istehsalçıları iddia edirlər ki, Avropa kimi inkişaf etmiş bazarlardakı uğur Yaponiya, Avstraliya və ABŞ kimi digər yüksək səviyyəli bazarlara da fayda verə bilər və müvəffəqiyyət operatorları Çin telefonlarını bu bölgələrə satmağa inandıra bilər.
"Biz bu barədə uzunmüddətli düşünməliyik. Burada uğur qazandıqdan sonra hər yerdə uğur qazana bilərik",- Honor-dan Toni Ran deyib.
Avropada rüblük smartfon satış payları (%), Mənbə: Financial Times, Counterpoint Research
Çinli smartfon istehsalçılarının hədəfi Avropanın

Maraqlı     Tarix: 18 noyabr 2024

Oxşar xəbərlər

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler dollar mezenne bitcoin dollar kursu leobank kart