Conson Sunakdan başqa istənilən namizədi dəstəkləməyə çağırıb

Conson Sunakdan başqa istənilən namizədi dəstəkləməyə çağırıbBritaniyada baş nazir postunu tərk edən Boris Conson keçmiş maliyyə naziri Rişi Sunakdan başqa istənilən namizədi dəstəkləməyə çağırıb.
Bu barədə "Tayms" qəzeti yazıb.
Cümə axşamı baş nazir seçkilərinin üçüncü turuna beş nəfər keçib. Sunak (101) və beynəlxalq ticarət nazirinin müavini Penni Mordont (83) ən çox səs toplayıb.
Conson bəyan edib ki, heç bir namizədi açıq şəkildə dəstəkləməyəcək.
Lakin onun varisliyə uğursuz namizədlərə dair söhbətlər apardığı və Sunakın baş nazir olmasını istəmədiyini açıq şəkildə bəyan etdiyi məlumdur.
Məlumatlara görə, Boris Conson ən çox xarici işlər naziri Liz Trussa rəğbət bəsləyir. O, həmçinin keçmiş maliyyə naziri Rişi Sunakın seçkilərdə qalib gəlməmək şərti ilə Mordontun namizədliyinin əleyhinə deyil.
Qəzet qeyd edir ki, Sunak Conson kabinetini ilk tərk edənlərdən olub, hökumətin dağılmasının başlanğıcını qoyub.
"Consonun bütün komandası Rişiyə nifrət edir. Bu, şəxsidir. Bu qəzəbdir… Onun bunu aylardır planlaşdırdığını düşünürlər", – deyə hökumətdəki mənbə qəzetə bildirib.
2019-cu ildə Tereza Meyi baş nazir postunda əvəzləyən Conson iyulun 7-də baş nazir və Böyük Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb. O, Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunana qədər vəzifəsini icra edəcək.
Xatırladaq ki, iyulun 14-də Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri və baş naziri postuna seçkilərin ikinci turu keçirilib.
Səsvermədə sabiq maliyyə naziri Rişi Sunak 101, ticarət nazirinin müavini Penni Mordont 83, xarici işlər naziri Liz Truss 64, bərabərlik və özünüidarə məsələləri üzrə sabiq nazir Kami Badenok 49, Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat 32 səs toplayıb.
Cəmi 27 səs toplayan İngiltərə və Uelsin Baş prokuroru Suella Braverman mübarizədən kənarda qalıb.
Seçkilər iki namizəd qalanadək davam edəcək.

Xəbərlər     Tarix: 15 iyul 2022

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq biznes ideyalari leobank kart