Cüdo millimiz dünya çempionatında finala YÜKSƏLDİ
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandası finala yüksəlib.
KONKRET.az xəbər verir ki, ilk qarşılaşmada rəqib meydan sahibləri olub. 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi 1/4 finalda Kanadanı da üstələməyi bacarıb – 4:2.
Ukrayna ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Ona görə də qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək, Azərbaycan millisini finala daşıyıb.
Həlledici qarşılaşmada rəqib Tunis – Fransa yarımfinalının qalibi olacaq. Azərbaycan yığması görüşə itki ilə çıxacaq. Komanda üzvü Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyi üçün həkim müayinəsindən sonra xəstəxanaya aparılıb.
Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur. Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (+63 kq), oğlanların yarışında isə Nizami İmranov və Şahin Oruczadə (60 kq), Camal Bağışov və Əli Hacızadə (81 kq), həmçinin Ramazan Əhmədov (+81 kq) gücünü sınayacaq.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd