Daha bir qlobal qurum Dolların bahalaşmasının başa çatdığını bildirir
Yaponiyanın iri maliyyə şirkəti "Nomura" strateqlərinin fikrincə, dolların bahalaşması ABŞ-da inflyasiyanın yavaşlaması və Çinin riskli aktivləri dəstəkləmək üçün gördüyü tədbirlər ilə əlaqədar olaraq başa çatıb.
Marja xəbər verir ki, qlobal investisiya bankı "Morgan Stanley"dən sonra "Nomura" da ABŞ dollarının ucuzlaşacağını gözləyir.
"ABŞ-da inflyasiyanın yavaşlamasını və Çin iqtisadiyyatının yenidən açılmasını nəzərə alsaq, dollarda geriləmə qaçılmaz görünür", - Nomura strateqləri yazıblar.
ABŞ-da oktyabr ayında inflyasiyanın gözləniləndən aşağı olması FED-in faiz artırmağı yavaşlatacağına dair gözləntilərə səbəb olduğundan Dollar İndeksi sentyabr ayındakı rekord səviyyədən təxminən 7 faiz düşüb. Sentyabrda 114 səviyyəsindək yüksəlmiş Dollar indeksi hazırda 106 bənddədir.
Dolların düşməsinə Çində daşınmaz əmlak sektoru üçün yeni tədbirlərin elan edilməsi də təsir göstərib.
HƏMÇİNİN OXU: Qlobal bankdan Dollar proqnozu
Dollar indeksi ABŞ dollarının Avro, İngiltərə funt sterlinqi, Kanada dolları, İsveçrə frankı, Yapon yeni və İsveç kronundan ibarət səbətə nisbətini göstərir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab