Diplomatik korpusun nümayəndələri Füzuli şəhərinin köhnə mərkəzində olub - FOTO
İşğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzuli şəhərinin köhnə mərkəzində olub.
KONKRET.azxəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.
O, Füzuli və Şuşa arasında yolun çəkilişi və Füzulidə tikinti işləri barədə məlumat verib.
"Cənab Prezidentin də bildirdiyi kimi 2023-cü ildə Füzulidə ilk yaşayış kompleksinin tikintisi tam hazır olacaq və vətəndaşlar öz evlərinə köçəcək", o deyib.
Emin Hüseynov Füzulidə işğalın nəticəsini göstərəcək açıq muzeyin olacağını deyib.
"Bu dağıntılar müharibənin nə olduğunu, necə ağır bir şey olduğunu göstərir. Biz ölkə olaraq müharibə istəmirik, sülh istəyirik. Biz müharibənin nəticələrinin necə ağır olduğu bilirik. Siz bu ərazilərdə nəşr evinin, kitabxananın binalarının qalıqlarını görürüsünüz. Bu ərazilərədə açıq muzey olacaq, reallıqları, işğalın nəticəsini göstərmək üçün".
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi digər ölkələrin də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma prosesinə dəsətk verməyə çağırıb. "Özbəkistan hökuməti Füzulidə uşaqlar üçün məktəbin tikiləcəyinə dəstək verəcəyini, bunun Özbəkistan xalqının Azərbaycana hədiyyəsi olduğunu bildirib. Məktəbin tikinti prosesi artıq başlayıb, konstruksiyası davam edir. Qazaxıstan Prezidenti Azərbaycana ötən həftə səfər etdi. O bəyan etdi ki, Füzulidə Qazaxıstanın dəstəyi ilə uşaqlar üçün incəsənət məktəi tikiləcək. Biz bu təşəbbüsləri digər ölkələrdən də gözləyirik".
O deyib ki, 2026-cı ilə qədər Füzuli əhalisinin təxminən 20-30 faizinin yenidən qurulmuş şəhərə köçürüləcəyi və 2040-cı ilə qədər isə prosesin tam tamamlanacağına ümidini ifadə edib.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Biznes nədir və hansı növləri var?
Dünyanın ən çox maaş verən şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dropshipping nədir?
İKEA şirkətinin tarixi