Dollar dünya birjalarında ucuzlaşıb - GÜNƏ BAXIŞ
Oktyabrda gözləniləndən daha çox yavaşlayan inflyasiyanın ABŞ Federal Ehtiyatlar Sisteminin gələcək faiz artımlarının həcmini azalda biləcəyinə dair ümidləri artırması fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı.
Qeyd edək ki, açıqlanan statistik rəqəmlərə əsasən Amerikada İstehlak Qiymətləri İndeksi (CPI) oktyabr ayında aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 7.7% artaraq proqnozların altında qaldı.
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Ucuzlaşan dollar fonunda qızıl 1750$-ın üzərinə yüksəlib. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri, 1757$ həddinin üzərində möhkəmlənə bilsə, 1793$-a kimi bahalaşa bilər.
Beynəlxalq enerji birjalarında neftin qiymətləri yenidən 95$-a kimi bahalaşıb. Hazırda 95.15$-dan təklif olunan "Brent" markalı neftin bir barel üzrə qiyməti 98.25$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab