Dövlət 2022-ci ildə təxminən 1,8 milyard manat borc qaytarıb
Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32 milyard 63,3 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz çoxdur.
Bu barədə Marja-ya Maliyyə Nazirliyindən bildirilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17 milyard 739,9 milyon manatı cari xərclərə (2021-ci illə müqayisədə 1 milyard 151,5 milyon manat və ya 6,9 faiz çox), 12 milyard 533 milyon manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3 milyard 897,8 milyon manat və ya 45,1 faiz çox), 1 milyard 790,4 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 milyon manat və ya 18,6 faiz az) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 milyard 577,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1 milyard 280,4 milyonmanat və ya 12,4 faiz çoxdur.
Həmçinin qeyd edilib ki. 2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106,0 milyon manat proqnoza qarşı faktiki olaraq 1 milyard 402,8 milyon manat təşkil etməklə proqnozdan 1 milyard 703,2 milyon manat və ya 54,8 faiz az olub. Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 milyon manat vəsait hesabına həyata keçirilib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları